Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
“Bakı Metropoliteni” QSC-də stansiya və tunellərin güclü ventilyatorlarının qış iş rejimi tələblərinə uyğun tənzimlənməsinə başlanılıb. Bununla əlaqədar hər bir ventilyatorun iş rejimi təsdiq edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, 2018-ci ildən Bakı metrosunda güclü ventilyatorların işi fəsillərə uyğun prinsiplər əsasında tənzimlənir.
Həmin vaxta qədər ventilyatorların iş qrafiki il ərzində iki dəfə (aprel və noyabr aylarında) dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla tətbiq edilən yeni qayda havalandırma şəraitinə nəzarəti daha da yaxşılaşdırılaraq, dövrü monitorinqlər əsasında ən uyğun prinsiplərlə tənzimləməyə imkan verir.
Yeni qrafik zamanı hava haqqında proqnozlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları, eləcə də gündəlik nəzarət və tənzimləmə mexanizmləri də diqqətdə saxlanılacaq. Bunun əsasında ventilyatorların iş rejiminə bu və digər dəyişikliklər də tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [18:13]
İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb
- 31.10.2026 [12:52]
Rezidentlik sertifikatı necə alınır?
- 31.10.2026 [11:58]
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
- 31.10.2026 [10:35]
Qubadlıda ilk su elektrik stansiyası tikilir VİDEO
- 31.10.2026 [10:00]
® Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt” VİDEO
- 31.10.2026 [09:07]