BAKI-MOSKVA DƏMİR YOLU MARŞRUTUNDA SƏRNİŞİN REYSLƏRİNİN SAYI ARTIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) iyulun 19-dan Bakı-Moskva marşrutu üzrə sərnişin reyslərinin sayını artıracaqdır.
ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirmişdir ki, sərnişin artımını nəzərə alan idarə rəhbərliyi “Rusiya Dəmir Yolları” ASC ilə danışıqlar aparmış və reyslərin artırılması barədə razılıq əldə olunmuşdur.
Yaxın günlərdə Bakı-Moskva sərnişin qatarı Bakıdan həftədə 4 dəfə - birinci, üçüncü, beşinci və şənbə günləri yola düşəcəkdir.
Hazırda Bakı-Moskva sərnişin qatarı Bakıdan həftədə 3 dəfə - I, III və V günlər yerli vaxtla saat 19:10-da yola düşür. Sərnişin qatarında biletlərin qiyməti 154 manat (kupe), 310 manat (xüsusi vaqon) və 88 manat (plaskart) təşkil edir.
N.Əzməmmədov sərnişin sıxlığı ilə əlaqədar olaraq iyulun 17-dən Bakı-Xarkov sərnişin qatarına da əlavə vaqonlar qoşulacaqdır. Bakı-Rostov sərnişin qatarına əlavə vaqonların qoşulmasına dair müzakirələr isə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]