BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN MƏLUMATI
Birləşmiş Müxalifət Hərəkatı adlandıran quruma daxil olan partiyalar iyunun14-də metronun “20 Yanvar” stansiyasından Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrının) qarşısındakı meydanadək Bakı şəhər icra Hakimiyyəti ilə razılaşdırılmış yürüş keçirmişlər.
Saat 17.00-dan 18.10-dək davam edən yürüş həmin meydanda qətnamə oxunuşu ilə başa çatmışdır. Aksiyada adıçəkilən quruma daxil olan partiyaların təxminən 500 nəfər üzvü və təəssübkeşi iştirak etmişdir.
Tədbir zamanı ictimai asayişin və hüquq qaydalarının kobud surətdə pozulması hallarına yol verilməmişdir.