Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI HACIBALA ABUTALIBOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Sizin bu diqqətiniz xalqımızın ümummilli lideri, ulu öndər Heydər

Əliyevin paytaxtımızın inkişafına, ekoloji durumuna, Xəzər dənizinin təmizliyinə, yaşıllıqlar zolağının salınmasına göstərdiyi böyük qayğının davamıdır. Xüsusilə vurğulamaq lazımdır ki, Sizin rəhbərliyiniz altında Bakı Şəhəri İcra Hakimiyyətində keçirilən müşavirədə verdiyiniz göstəriş və tapşırıqlar, həmçinin, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız çox mühüm Sərəncam Bakının və onun qəsəbələrinin sosial-iqtisadi və ekoloji problemlərinin həllinə çox böyük təkan vermişdir.

Bununla belə, qeyd etmək lazımdır ki, son illərdə Bakı şəhərinin iqtisadi baxımdan sürətlə inkişafı, şəhərin və onun qəsəbələrinin əhalisinin xeyli artması, şəhərə normadan artıq minik və yük maşınlarının daxil olması, quruda neft hasilatı zamanı və kanalizasiya sisteminin lazımi səviyyədə olmaması nəticəsində yaranan zəhərli və çirkab sularının təmizlənmədən ərazilərə və Xəzər dənizinə axıdılması şəhərin ekoloji vəziyyətində müəyyən problemlər yaratmışdır. İcazə verin, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün həlli vacib olan əsas problemləri Sizin diqqətinizə çatdırım.

Əsas problemlərdən biri Azərbaycan Dövlət Neft Şirkətinin, Xəzər Dəniz Gəmiçiliyinin və digər qurumların tabeliyində olan, Bakı şəhərinin Xəzər dənizi sahili boyunca yerləşən və müasir standartlara cavab verməyən müəssisələri tərəfindən və quruda neft hasilatı zamanı yaranmış çirkab sularının təmizlənmədən ətraf ərazilərə və ya Xəzər dənizinə axıdılmasıdır. Neft quyularından çıxan zəhərli və çirkab sularının təmizlənmədən ərazilərdə uzun illər yaranmış süni gölməçələrə və Xəzər dənizinə axıdılması həmin ərazilərin və dənizin çirklənməsinə səbəb olur. Eyni zamanda, bu suların bioloji normalara cavab verməyən vəziyyətdə, mexaniki təmizlənmə aparılmadan böyük əraziləri əhatə edən kanallar vasitəsilə dənizə axıdılması həmin suların torpaqlara sızmasına və buxarlanma nəticəsində ətraf mühitin havasının zəhərlənməsinə gətirib çıxarır.

Bakının ümumi ekoloji vəziyyətindən danışan şəhərin meri ekoloji problemlərin həlli ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti qarşısında duran vəzifələrdən, həyata keçiriləcək tədbirlərdən danışaraq dedi:

- Möhtərəm Prezident, Bakı Şəhəri İcra Hakimiyyəti şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar yuxarıda sadalanan problemlərin həlli üçün aşağıdakı təklifləri diqqətinizə çatdırır.

Birincisi, quruda neft hasilatı zamanı yaranmış çirkab sularının axıdıldığı ərazilərin neft tullantılarından təmizlənməsinə, bu ərazilərin rekultivasiya olunaraq yararlı hala gətirilməsinə, həmin ərazilərdə yaşıllıq zolaqlarının salınmasına nail olmaq və neft tullantılarının birbaşa dənizə axıdılmasının qarşısını almaq üçün Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müasir texnoloji üsullarla işləyən bioloji təmizləyici qurğuların tikilib istifadəyə verilməsi.

İkincisi, Bakı şəhərinə verilən və əhali tərəfindən istifadə edilən suyun miqdarına uyğun olaraq, çirkab sularının təmizlənməsi üçün “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən Bakının ayrı-ayrı qəsəbələrində müstəqil bioloji təmizləyici qurğuların tikilib istifadəyə verilməsi.

Üçüncüsü, Bakı şəhərində ekoloji tarazlığın qorunub saxlanılması üçün müasir tələblərə cavab verən bərk məişət tullantılarını emal edən zavodların tikilməsi, həmin tullantıların normativ əsaslarla daşınması üçün avtomaşınların və konteynerlərin alınması.

Dördüncüsü, nəqliyyat vasitələrindən atmosferə atılan zəhərli qazların qarşısını almaq üçün istismar müddəti ötmüş avtomobillərin şəhər ərazisində hərəkətini məhdudlaşdırmaq, əhalinin köhnə və ucuz avtomobillərə nisbətən yeni avtomobillərin alınmasında maraqlı olmasına şərait yaradılması üçün dünya dövlətlərinin təcrübəsindən istifadə etmək.

Beşincisi, rayonlardan və xaricdən ticarət məqsədi üçün Bakı şəhərinə daxil olan iri yük avtomobillərinin qarşısını almaq üçün terminalların, müasir tipli anbarların və iri ticarət mərkəzlərinin şəhərdən kənarda yerləşdirilməsi.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, şəhər icra hakimiyyəti çox mühüm əhəmiyyət kəsb edən məsələ - Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Sizin qarşımızda qoyduğunuz tapşırıq və göstərişləri rəhbər tutaraq, onların yerinə yetirilməsi üçün bütün səylərini və imkanlarını əsirgəməyəcəkdir.

Diqqətinizə görə sağ olun.

İLHAM ƏLİYEV: Siz köhnə avtomobillərin azaldılmasını təklif edirsiniz. Əlbəttə, burada dünya praktikasını biz gərək öyrənək. Məndə olan məlumata görə, inkişaf etmiş ölkələrdə məhdudiyyət var, köhnə avtomobillər ölkəyə idxal edilmir. Yəqin ki, biz də buna yaxınlaşmalıyıq, amma eyni zamanda, Azərbaycanın indiki durumunu biz gərək nəzərə alaq. İnsanlarımızın imkanlarını nəzərə almalıyıq. İnsanlarımızın hələ imkanı yoxdur ki, kütləvi şəkildə təzə avtomobillər alsınlar. Ona görə ucuz qiymətə köhnə avtomobillərin alınması baş verir. Biz bunun qarşısını belə inzibati yollarla ala bilmərik. Nə vaxt iqtisadi imkanlar artacaq, əlbəttə, biz bunu etməliyik və edəcəyik. Ancaq gərək biz buna yavaş-yavaş, tədricən yaxınlaşaq.

Eyni zamanda, siz təklif edirsiniz, biz rayonlardan gələn maşınları saxlayaq, Bakıya buraxmayaq?

HACIBALA ABUTALIBOV: Yox, yox.

İLHAM ƏLİYEV: Bəs necə?

HACIBALA ABUTALIBOV: Şəhərdə olan iri ticarət mərkəzlərinə, əsasən, rayonlardan 54 min 117 maşın gəlir. Onların qarşısını almaq üçün iri ticarət mərkəzlərini şəhərdən kənarda yerləşdirmək, orada böyük anbarların və terminalların tikilməsinə və dairəvi yolun birbaşa istifadəsinə nail olmaq.

İLHAM ƏLİYEV: Bəli, buna baxmaq olar. Ancaq biz qadağa qoya bilmərik ki, rayonlardan Bakıya gəlməsinlər. Düzdür, biz indi Bakının nəqliyyat problemlərini həll edirik, yeni körpülər salınır, yeni yollar açılır. Sizə də mən göstəriş vermişəm ki, şəhərdə yeni yolların açılması üçün tədbirlər görülsün. Gərək, biz buna kompleks şəkildə yanaşaq ki, insanların gündəlik həyatına müdaxilə etməyək. Ancaq bunu elə tənzimləyək ki, işlər yaxşı getsin, eyni zamanda, insanları biz incitməməliyik.

Rayonlardan da Bakıya gəlirlər. Ona görə gəlirlər ki, burada imkanlar daha da genişdir. Ona görə gəlirlər ki, burada alış-veriş işləri ilə məşğuldurlar. Bununla yanaşı, siz şəhərin təmizlik məsələlərinə daha da böyük diqqət göstərin. İndi şəhərin mərkəzi təmizdir və bunu hamı da görür, etiraf edir. Bakıya gələn xarici qonaqlar da həmişə bunu vurğulayırlar ki, çox təmiz şəhərdir, təmizlik işləri burada yaxşıdır. Ancaq şəhərin kənarında vəziyyət belə deyildir.

HACIBALA ABUTALIBOV: Vəziyyət ağırdır.

İLHAM ƏLİYEV: Ağırdır. Mən özüm qəsəbələrdə, şəhərin müxtəlif yerlərində tez-tez oluram. Özüm gedirəm, vəziyyətlə tanış oluram və bəzi hallarda görürəm ki, ora zibilxana, bura zibilxana, magistral yolların sağında, solunda polietilen torbalar. Bu, dəhşətli bir mənzərədir. Mən dedim ki, aydınlaşdırın, baxın, bununla necə mübarizə aparmaq olar.

Misal üçün, Şamaxı yolunun, sağı da, solu da, haraya baxırsan hər tərəf belə torbalardır. Biabırçılıqdır. Abşeron rayonu deyir ki, bu, Binəqədinin ərazisidir, siz deyirsiniz ki, bu, Abşeronun ərazisidir. O torbaları da külək gah oraya aparır, gah buraya aparır. Belə də qalır. Yolun bir tərəfi Binəqədi, o biri tərəfi Abşeron rayonu. Elədir?

HACIBALA ABUTALIBOV: Düzdür, elədir.

İLHAM ƏLİYEV: Yaxşı, buna bir çarə qılın. Yəni bu təmizlik işləri bütün şəhərlərdə, kəndlərdə getməlidir. Yenə də deyirəm, şəhərin mərkəzində işləri yaxşı qurmusunuz, bütün ətraf yerlərdə də təşkil edin.

HACIBALA ABUTALIBOV: Baş üstə.

İLHAM ƏLİYEV: Yaxşı, əyləşin.

Ramil Usubov o cinayət məsuliyyəti ilə bağlı arayış vermək istəyirdi.

RAMİL USUBOV (daxili işlər naziri): Cənab Prezident, bildirmək istəyirəm ki, Cinayət Məcəlləsində belə maddə var. Əgər bu tullantılar faunanın, floranın kütləvi məhvinə gətirib çıxarırsa və insanın ölümü, şikəst olması ilə nəticələnən hallar olursa, bu hallarda cinayət işi qaldırmaq olar. Yəni cinayət məsuliyyətinə cəlb etmək olar.

Cənab Prezident, ümumiyyətlə, cərimələr də çox kiçikdir və bu, fayda vermir. Məsələn, tutaq ki, nəqliyyat vasitələrində ekologiyanı pozan hallar müşahidə olunur. Yəni maşın hədsiz tüstü verir və xəttə buraxılır. Amma cəriməsi nədir? Keçmiş pulla cəmi 20 min manat, indiki pulla 4-5 manatdır. Biz ötən il 6 min belə maşın tutub cərimələmişik. Amma bu, səmərə vermir. Təklif edirəm, bu cərimələr yüksəldilsin. Həm cinayət məsuliyyətinin sanksiyaları daha yüksək olsun, həmçinin də cərimələr daha da yüksəldilsin.

İLHAM ƏLİYEV: Mən razıyam, bunu hazırlayın biz qəbul edək. Ancaq belə maddə var, gərək baxaq. Bu maddə ilə nə qədər adam məsuliyyətə cəlb olunubdur?! Yəqin ki, heç kim.

RAMİL USUBOV: Cənab Prezident, elədir.

İLHAM ƏLİYEV: Yaxşı, əyləşin.

X X X

Sonra Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevə söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı