BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GÖRÜŞ
BSU-nun rektoru, professor Kamal Abdullayev qonaqları salamlayaraq ali məktəbin fəaliyyəti və strukturu barədə məlumat vermişdir.
Z.Zaxaryev nümayəndə heyətinin üzvlərini - Bolqarıstan Yazıçılar İttifaqının sədri Nikolay Petevi, Jurnalistlər Birliyinin sədri Milen Vilkovu təqdim etmişdir. O bildirmişdir ki, slavyan dövlətlərində populyar olan Bakı Slavyan Universiteti Bolqarıstanda da yaxşı tanınır. Bolqarıstan prezidentləri Jelyu Jelev, Georgi Pırvanov, ali məktəblərin rektorları və müəllimləri dəfələrlə BSU-da olmuşlar. Z.Zaxaryev “Bolqarıstan tarixi” çoxcildliyini nəşrə hazırlayan “Slavyane” Cəmiyyətinin fəaliyyətindən danışmışdır.
Qonaqlar bolqar dili bölməsinin tələbələri ilə görüşmüş, bolqar dili və ədəbiyyatının öyrənilməsi prosesi ilə tanış olmuş, tələbə və müəllimlər mübadiləsinin vacibliyini vurğulamışlar.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfərindən sonra Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyəti yaradılmışdır. Bu qurumun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə kömək edir.
Nümayəndə heyətinin üzvləri BSU-nun Bolqarıstan Mərkəzində olmuş, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışlar.