Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.
“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub. 40 futluq konteyner Türkmənbaşı limanından operatoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”in “Silver Star” fider gəmisi vasitəsilə Bakı Limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. 15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb. Daşımanı “ADY Konteyner” şirkəti həyata keçirib.
2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, indiyədək bu dəmir yolu ilə ümumilikdə 21 min 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 min 779 TEU olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]