Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Tbilisi-Qars: qlobal əməkdaşlıqda yeni mərhələ

Bakı-Tbilisi-Qars: qlobal əməkdaşlıqda yeni mərhələ

Azərbaycan növbəti dəfə tarixi hadisə məkanı oldu. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan yüksək səviyyəli təmsilçilər iştirak ediblər. Layihənin açılışı xüsusi təntənə ilə qeyd edilib. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söyləyib. Ekspertlər isə hadisənin geosiyasi, iqtisadi, nəqliyyat, ticari və mədəni aspektlərini geniş təhlil etməkdədirlər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük bir geosiyasi məkanda ciddi əhəmiyyətinin olduğu bildirilib. Bu baxımdan onu qlobal əməkdaşlıqda yeni mərhələ adlandırmaq olar. Biz bu məqam üzərində geniş dayanmaq istərdik.

Tarixi addım: maneələri aşan perspektivli layihə

Beynəlxalq ekspertlər Azərbaycanın geosiyasi rolunun artmasında enerji və nəqliyyat layihələrinin önəminə böyük diqqət yetirirlər. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub Qaz Dəhlizi" kimi əhəmiyyətli layihələrin reallaşmasının qlobal səviyyədə insanların rifahının yüksəlməsində ciddi rol oynadığı vurğulanır. Daha çox isə bu kimi proyektlərin təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyi ifadə edilir. Həmin sırada Azərbaycanın "Bir qurşaq, bir yol" layihəsində iştirakı xüsusi geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi bu səbəblərdən bütün dünyanın diqqət mərkəzində idi.

Məlumdur ki, proses çoxdan başlamışdı. Onun reallaşa biləcəyinə inanmayanlar da vardı. Hətta Qərbdə bir sıra dairələr bu işə əngəl olmağa çalışdılar. Erməni diasporunun sözçüləri dəmir yolunun Ermənistandan keçməsini şərt kimi qoymağa cəhd etdilər. Nəticədə, maliyyə problemi ortaya çıxdı. Azərbaycan və Türkiyə dərhal çətinliyi aradan qaldırdılar. Onda aydın oldu ki, bu layihənin arxasında iki dost və qardaş dövlət dayanıb. Bu, ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun önəmli qələbələrindən biri idi.

Bakıda layihənin açılış mərasimi bu tezisləri tam təsdiq etdi. Prezident İlham Əliyev həmin tədbirdə söylədiyi nitqində vurğulayıb: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq" (bax: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər / AZƏRTAC, 30 oktyabr 2017).

Bu fikirlərdən aydın olur ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin geosiyasi əhəmiyyəti onun Avrasiyanın nəqliyyat xəritəsində önəmli bir yer tutması ilə əlaqəlidir. Bunun üç aspekti mövcuddur. Birincisi, layihənin üzərində yerləşən ölkələr arasında ticarət dövriyyəsi artacaq. İkincisi, mədəniyyət və turizm sahələrində əməkdaşlıq yeni səviyyəyə qalxacaq. Üçüncüsü, bu yol sabitlik və təhlükəsizliyə xidmət edəcək. Bütün bunların nəticəsi olaraq həmin layihə iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq. Etiraf edilməlidir ki, olduqca əhəmiyyətli olan bu addım bütövlükdə dünyanın inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu fikri əsaslandırmaq üçün proyektin oynadığı rola daha geniş prizmadan təhlili nəzər salaq.

Hər şeydən əvvəl ekspertlər Avropa ilə Asiya arasında ən qısa dəmir yolu xəttinin Azərbaycandan keçdiyini vurğulayırlar. Obrazlı olaraq deyirlər ki, Londonda qatara oturan insan Çinə qədər kəsintisiz gedə biləcək. Bu, sözün həqiqi mənasında tarixi olaydır. Məsələ heç də bir nəqliyyat növünün böyük bir məsafədə hərəkət etməsindən ibarət deyil. Bu, ilk növbədə, müxtəlif ərazilərin birləşməsi, mədəniyyətlərin sintezləşməsi, iqtisadi-ticari əlaqələrin daha da sıxlaşması və qarşılıqlı asılılığın artması deməkdir. Ölkələrin mövcudluğu bir-birindən nə qədər çox asılı olsa, ümumi təhlükəsizlik sisteminin yaradılması da daha inandırıcı olar.

Ermənistan: "yolların kəsişməsində yerləşən minillik kor yarasa"

Çünki artıq çoxlu sayda dövlətin taleyi bir-birinə bağlanmış olur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin geosiyasi mənasında bu məqam ayrıca yer tutur. Təsadüfi deyil ki, Ermənistan siyasi ictimaiyyəti və KİV-ləri hadisəyə çox həssas reaksiya verib. Hətta Ermənistanı "yolların kəsişməsində yerləşən minillik kor yarasa"ya bənzədiblər (bax: Иосиф Кубатьян. Баку-Тбилиси-Карс оставляет Армению вне игры? / "Regnum", 30 oktyabr 2017).

Başqa vacib geosiyasi məqam Çinin təklif etdiyi "Yeni İpək Yolu" layihəsinin əsas marşrutunun Azərbaycandan keçməsinin reallaşması ilə bağlıdır. Bu məsələ ətrafında da ermənilər və onların havadarları çoxlu spekulyasiyalar apardılar. Onlar mütəmadi olaraq Pekinin Ermənistana üstünlük verdiyi haqqında yazdı, Mərkəzi Asiya-İran-Ermənistan marşrutunun işə salınacağını dedi, bir sıra hallarda isə Moskvanın buna yardım edəcəyini vurğulamağa çalışdılar. Lakin reallıq nəyi göstərdi? Bir neçə dövlətin başçıları Bakıya toplaşaraq Bakı-Tbilisi-Qars dəmir yolunu açdılar! Və Ermənistan yenə də kənarda qaldı. Artıq “Yeni İpək Yolu”nun fəaliyyətində Azərbaycan və onun dostlarının yeri və rolu tam aydındır. Ermənistanla bağlı qeyri-müəyyənlik isə qalmaqdadır.

“Yeni İpək Yolu” layihəsi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başqa əhəmiyyətli məqamı Azərbaycanın faktiki olaraq Cənubi Qafqazın geosiyasi mərkəzinə çevrilməsi ilə bağlıdır. Çünki burada söhbət həm də bu layihəyə Şimal-Cənub dəhlizi kontekstində baxmaqdan gedir. Prezident İlham Əliyev həmin məqamı ayrıca vurğulayıb. Dövlət başçısı ifadə edib: "Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir və buradan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya, Avropa ölkələrini birləşdirəcək və Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir" (bax: Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər / AZƏRTAC, 30 oktyabr 2017).

Buradan məntiqi olaraq belə nəticə alınır ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bütövlükdə Avrasiyanın iqtisadi coğrafiyasına ciddi təsir edəcək. Prezident İlham Əliyev və mərasimdə iştirak edən digər dövlət və hökumət rəhbərləri bunu xüsusi qeyd ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bunları nəzərə alaraq layihəni yüksək qiymətləndirib. Avrasiyanın iqtisadi coğrafiyasının dəyişməsi həmin məkanda inteqrasiya modellərinə də yeni məzmun verə bilər. Bu o deməkdir ki, layihə Rusiya və İranı da yaxından maraqlandırır. Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehrandakı müzakirələri bu tezisi bir daha təsdiq etdi.

Nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətli geosiyasi məqamı kimi regional inteqrasiyaya yeni nəfəs verilməsini göstərmək olar. Azərbaycanın dövlət başçısı bu məqamı da ayrıca vurğulayıb (bax: Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun nəticəsidir / AZƏRTAC, 30 oktyabr 2017). Belə ki, bu layihə regional əməkdaşlığın sözdə deyil, əməldə konkret ifadəsidir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı bərabərhüquqluluq əsasında perspektivli əməkdaşlıq formulunun real olduğunu tam sübut etməkdədir. Əsas məsələ səmimi niyyət, ədalət və konstruktiv mövqe nümayiş etdirməkdən ibarətdir.

Beləliklə, sözün həqiqi mənasında strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi əməkdaşlıq üçün gözəl imkanlar açır. Onun işə salınması böyük bir geosiyasi məkanda tərəqqi və inkişafa xidmət edə bilər. Bizim üçün qürurvericidir ki, dünyaya örnək ola biləcək bir işin mərkəzi fiqurlarından biri də Azərbaycandır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb