Bakı Uşaq Teatrının kollektivi ahıllarla görüşüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Beynəlxalq Ahıllar Günü münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının və Q.Abbasov adına mədəniyyət evinin kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatının qonağı olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif rəqs, mahnı, bədii qiraət nömrələrinin təqdim olunduğu tədbir pansionatın sakinləri tərəfindən maraqla qarşılanıb.
Tədbirdə teatrın aktyoru Tofiq İsgəndərli də öz illüziya nömrələri ilə çıxış edib.