Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Xüsusi Sessiya keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 6-da Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”n Xüsusi Sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Caspian Energy Club”un (CEC) sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sessiyanın əhəmiyyətinə toxunaraq bu gün keçirilən görüşdə əsas məqsədin Azərbaycan və Türkiyə sahibkarlarına dəstək olduğunu bildirib: “Son illər Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında ticarət dövriyyəsi artıb. Bugünkü xüsusi sessiyada Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) və CEC arasında memorandum imzalanacaq. Memorandum çərçivəsində “Caspian Energy Forumu” artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Avropa İttifaqı ölkələri arasında sahibkarların birgə forumuna çevriləcək”.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bugünkü tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, dünyanın geosiyasi dəyişikliyinə uyğun Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətlər Təşkilatına örnəkdir.

Onun sözlərinə görə, Qarabağ Zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir: “Qarabağ Zəfəri 44 gündə qazanılıb, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib. 44 Azərbaycan tarixində simvolik rəqəmdir. Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib”.

Səfir, həmçinin xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada Bəyannamə imzalanıb və siyasi iradə ortaya qoyulub: “Bu Bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib və Türkiyə Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır”.

Sonra çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, iki ölkə arasında ticarət əlaqələri durmadan inkişaf edir. Belə ki, cari ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.

Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1200-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir: “Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri durmadan inkişaf edir”.

AZPROMO-nun rəhbəri xatırladıb ki, ötən il Azərbaycanın Türkiyəyə ixracı 12 faiz artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollarına çatıb.

Tədbir çərçivəsində ATİB, TÜİB və CEC arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, CEC adından Telman Əliyev imzalayıblar.

Tədbirdə, həmçinin memorandumda imzalanan qələmlər auksiona çıxarılıb. Satılan qələmlərdən əldə olunan məbləğ YAŞAT Fonduna ianə ediləcək.

Tədbir “Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu” və “Azərbaycan və Türkiyə sahibkarlarının beynəlxalq arenada əməkdaşlığı” mövzularında öz işini davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinə rəsmən start verir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yaziçisi Elçinin Türkiyədə yeni kitabi çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC-in “Məzun günü” keçirilib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub