Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKIDA BAŞ KAFEDRAL KİLSƏNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

- Bakı və Xəzəryanı bölgənin hörmətli yepiskopu!

Rus ruhanilərinin hörmətli nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Azərbaycanın pravoslav xristianlarının həyatında, bütün Azərbaycanın həyatında belə böyük hadisə - Bakıda baş kafedral kilsənin açılışı münasibətilə sizin hamınızı təbrik edirəm.

XX əsrdə, ümumən, xristian dini, islam dini kimi, bu məbəd də çox mürəkkəb dövrlər keçirmişdir, böyük sınağa məruz qalmışdır. Bir çox onilliklər boyu rus pravoslav əhalinin dini ainlər icra etdiyi yer olan bu məbəd 1920-ci ildə bağlanmış, yepiskop isə məhv edilmişdir. Azərbaycan ziyalılarının, Azərbaycanın din xadimlərinin də aqibəti belə olmuşdur. Ötən əsrin 20-30-cu illərində onların bir çoxu günahsızcasına repressiya olunmuş, hər şeydən məhrum edilmişdir.

Ancaq tale elə gətirdi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Təbii ki, Azərbaycan xalqı, Azərbaycan hökuməti azadlıqdan, müstəqillikdən istifadə edərək, öz həyatını lazım bildiyi kimi qurmağa başladı. Əlbəttə, bununla əlaqədar Azərbaycanda yaşayan bütün xalqlar üçün keçmişdə əziz olmuş, xidmət etmiş çox şey, o cümlədən də bu baş kafedral kilsə bərpa edilməyə başladı.

Doğrudur, bu işə birdən-birə girişmək mümkün olmadı, ona görə ki, ötən əsrin 90-cı illərində Azərbaycanda baş verən məlum hadisələr üzündən rus pravoslav əhalinin bir hissəsi ölkəmizdən köçüb getdi, qalanları isə, Azərbaycan xalqının özü kimi, həyatlarının çətin dövrünü yaşadılar. Lakin, sizə məlum olduğu kimi, 1993-cü ildən etibarən biz ölkəmizdə qayda-qanun yaratmağa başladıq və tədricən ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olduq.

Müstəqil Azərbaycan dövləti qarşısında duran vəzifələri həyata keçirərək, hüquqi demokratik cəmiyyət quraraq, ötən illər ərzində çox şeyə nail olmuşdur. Sovet hakimiyyəti illərində Azərbaycan xalqı üçün qadağan edilənlərin çoxu bərpa olundu, xalqın, insanların istifadəsinə verildi, o cümlədən yepiskopluq yaradıldı, səhv etmirəmsə, 1998-ci ildə o, Bakı və Xəzəryanı bölgə yepiskopluğu statusu aldı. Yeri gəlmişkən, bu, yəni, Bakı və Xəzəryanı bölgə yepiskopluğu Sovet hakimiyyətindən əvvəl də mövcud idi. 1934-cü ilədək bir çox onilliklər ərzində mövcud olmuş, amma sonralar bunların hamısı ləğv edilmişdir. Şükür ki, bunların hamısını bərpa etmək, pravoslav xristianlara və bütün xristianlara bu dini təşkilatın imkanlarından bəhrələnməyə şərait yaratmaq mümkün oldu. Budur, həmin fəaliyyətin nəticəsi göz qabağındadır və bu qədim məbəd bərpa edilmişdir.

Bu baxımdan böyük iş görülmüşdür. Yepiskop həzrətləri, bu məbədin bərpası üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edirəm. Əlbəttə, bu məbədin bərpası üçün çox iş görmüş Rusiya biznesmeni, azərbaycanlı Aydın Qurbanovun fəaliyyəti də yüksək qiymətə layiqdir.

Bu gün o, öz xidmətlərinə görə Rus Pravoslav Kilsəsinin təbrik məktubunu və yüksək mükafatını aldı.

Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80 -ci illərinin axırı-90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də, müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur. Yeri gəlmişkən, bununla əlaqədar mən Azərbaycan ruhaniləri, o cümlədən şeyx həzrətləri Allahşükür Paşazadənin, yepiskop həzrətləri Aleksandrın və yəhudi icması başçısının birgə fəaliyyətini, onların öz aralarında çox mehriban dostluq münasibətləri, tam qarşılıqlı anlaşma yaratdıqlarını xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda dini konfessiyalar arasındakı belə qarşılıqlı münasibətlər, hesab edirəm ki, bir çox ölkələr üçün nümunə ola bilər. Mən bu xeyirxah işə görə dini rəhbərlərimizə təşəkkürümü bildirirəm və inanıram ki, onlar bu əməkdaşlığı daha da inkişaf etdirəcək və genişləndirəcəklər.

Bir sözlə, rus provaslav əhali Azərbaycanda özünü normal hiss edir və Prezident kimi bu gün bəyan edirəm ki, bundan sonra da Azərbaycanda azad yaşaya, işləyə, sevimli işi ilə məşğul ola, ölkəmizin ictimai həyatında fəal iştirak edə bilər və mən bunun üçün yalnız minnətdar olaram. Zənnimcə, bu baş kafedral kilsənin açılması provaslav xristianların və bütün xristianların birləşməsinə kömək edəcək və eyni zamanda, Azərbaycanda xalqlar arsında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir.

Bununla əlaqədar mən Rusiya ilə bizim mehriban münasibətlərimizdən danışmaq istərdim. Rusiya ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri mövcuddur. Biz bu münasibətləri yüksək qiymətləndiririk, onların inkişafına və möhkəmlənməsinə çalışırıq, bütün imkanlardan, xüsusilə də iqtisadi əməkdaşlıqdan istifadə edirik. Rusiya Prezidenti cənab Putinin Azərbaycana səfəri, Azərbaycan Prezidentinin Rusiyaya cavab səfəri, digər çoxsaylı görüşlərimiz hər bir mərhələdə münasibətlərimizi təhlil etməyə və onların inkişafı üçün tədbirlər görməyə imkan yaradır. Bu gün də bu baş kafedral kilsənin açılışı Rusiya ilə Azərbaycan arasında dövlətlərarası müənasibətlərin daha da inkişaf etdirilməsi üçün bir addımdır, özü də böyük addımdır.

Mən bu böyük hadisə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm, hər bir pravoslav xristianına, Azərbaycanın hər bir sakininə cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, işində uğurlar arzulayıram.

Hörmətli dostlar!

Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr həzrətləri!

 

Siz Azərbaycandakı pravoslav ruhanilərə başçılıq etməklə yanaşı, ölkəmizin ictimai həyatında fəal iştirak edir və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi üçün çox işlər görürsünüz. Bununla əlaqədar, mən öz Fərmanımla Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrı Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif etmişəm. Fürsətdən istifadə edərək, bu təntənəli gündə sizin hüzurunuzda həmin yüksək mükafatı Aleksandr həzrətlərinə təqdim etmək və ona cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və çox vacib işində böyük uğurlar arzulamaq istəyirəm.

(Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.)

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq