Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Beynəlxalq əmək standartları və bərabərlik” mövzusunda konfrans keçirilir

Bakı, 29 mart, AZƏRTAC

Bakıda əmək sahəsində beynəlxalq standartların və bərabərlik prinsiplərinin təmin olunması məsələlərinin müzakirəsinə həsr olunmuş “Beynəlxalq əmək standartları və bərabərlik” mövzusunda konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin nümayəndələri iştirak edir.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə həyata keçirilən uğurlu islahatlar proqramının əmək bazarında da inkişaf proseslərinə imkan yaratdığını bildirib. Əmək münasibətlərində beynəlxalq əmək standartlarının, həmin standartlardan irəli gələn bərabərlik prinsiplərinin tətbiqi sahəsində ötən dövrdə mühüm addımların atıldığını qeyd edən nazir müavini Azərbaycanın BƏT-in əmək və məşğulluq sahəsində əsas hüquqları əhatə edən 58 Konvensiyasına qoşulduğunu, BƏT-lə sıx əməkdaşlığın həyata keçirildiyini, ötən il ölkəmizin həmin Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazandığını diqqətə çatdırıb. O, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində, sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiyanın yaradılmasında, özünüməşğulluq proqramının icrasında, işsizlikdən sığorta sisteminin tətbiqində və s. BƏT-in dəstək verdiyini, hazırda BƏT-lə birgə ikinci proqram olmaqla “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra edildiyini vurğulayıb.

Qeyd olunub ki, son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib: “Makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosialyönümlülüyünü daha da artırıb. Son on il ərzində ölkəmizdə minimum əməkhaqqının səviyyəsi 2,2 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 2,4 dəfə artıb. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enib”.

Nazir müavini qeyd edib ki, sosial baxımdan iqtisadiyyatın artımı ilə əməkhaqqının artımı arasında birbaşa əlaqə olmalıdır: “Bu birbaşa əlaqənin olması hər bir işləyən şəxsin ölkə üzrə iqtisadi artımı özünün əməkhaqqı məbləğində hiss etməsinə imkan verir. Azərbaycanda da son 15 ildə ümumdaxili məhsulun artım sürəti (3,2 dəfə) əməkhaqqının artım sürəti (3,3 dəfə) ilə, demək olar ki, üst-üstə düşür. Növbəti addım kimi, 2018-ci ilin yanvarından ölkəmizdə minimum əməkhaqqının məbləği 12,06 faiz artırılıb ki, bu da bir daha ölkədə sosial siyasətin ildən-ilə gücləndiyindən, bundan sonra da həmin həddin artırılması siyasətinin davam edəcəyindən xəbər verir”.

Ölkədə əmək münasibətləri sahəsində qadınların kişilərlə bərabər hüquqlara malik olduğunu vurğulayan nazir müavini qeyd edib ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin məlumatına görə, muzdla işləyənlərin təxminən 47 faizini qadınlar təşkil edir. Onlardan 56,7 faizi iqtisadiyyatın təhsil və səhiyyə sahələrində çalışır: “Muzdla işləyənlər arasında 40-60 yaşlarda olan qadınların xüsusi çəkisi həmin yaşlarda muzdla işləyən kişilərin xüsusi çəkisindən orta hesabla 9,2 faiz çoxdur. 50-55 yaş arasında olan qadınların muzdla işləyən bütün qadınların sayında xüsusi çəkisi (12,8 faizi) daha yüksəkdir. Muzdla işləyən kişilərdə isə ən yüksək (18,1%) xüsusi çəki 25-30 yaş arasındadır. Cins nisbətinə diqqət yetirəndə aydın olur ki, muzdla çalışan qadınlar arasında ali təhsilli şəxslərin xüsusi çəkisi kişilərə nisbətən 2 faiz çoxdur. Orta ixtisas təhsilli muzdla işləyənlərin 60,5 faizini, təhsilin magistratura pilləsini bitirmiş muzdla işləyənlərin 52,3 faizini qadınlar təşkil edir. Bu göstəricilər, eyni zamanda, təhsilin qadınların əmək bazarında yer tapmasının əsas şərti olduğunu göstərir”.

Konfransda bildirilib ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.

Nazir müavini ölkəmizdə əmək və məşğulluq sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsinin təkcə BƏT-in Konvensiyaları əsasında deyil, eləcə də Avropa standartlarına uyğun olaraq həyata keçirildiyini söyləyib: “Bu baxımdan son dövrlərdə ölkəmizdə Dəyişdirilmiş Avropa Sosial Xartiyasına uyğun olaraq ölkəmizin Əmək Məcəlləsində qadınların məşğulluq imkanlarının genişləndirilməsi səylərimiz sosial partnyorların və ictimaiyyətin maraq dairəsində olub”.

Konfransda əməyin ödənilməsində qeyri-bərabərliyin aradan qaldırılmasının ölkəmizin də qoşulduğu BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindəki hədəflər sırasında olduğu qeyd olunub. Nazir müavini qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının, qeyri-formal əmək ödənişlərinin rəsmiləşdirilməsinin, işçilərin peşəkarlıq və ixtisas səviyyələrinin artırılmasının, əmək bazarı daha çox təhsilli, yüksəkixtisaslı kadrlarla təmin olunmasının əmək ödənişlərində qeyri-bərabərliyin aradan qaldırılması üçün vacib məsələlərdən olduğunu və bu amillərin əmək məhsuldarlığının artımı baxımından da əhəmiyyət kəsb etdiyini bildirib. İş yerlərinin optimallaşdırılmasının əməkhaqqının artımı üçün əhəmiyyətli vacib şərlərdən olduğunu qeyd edən nazir müavini bu sahədə, həmçinin büdcə-vergi və sosial sığorta sahəsində aparılan siyasətin təkmilləşdirilməsi sahəsində görülən tədbirləri, mövzu ilə bağlı bir sıra təkliflərini diqqətə çatdırıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov özəl sektorda əməyin ödənilməsi sahəsində mövcud vəziyyətlə bağlı fikirlərini bildirib, məhsuldar əməyin təmin olunmasında işçilərə ödənilən əməkhaqqı məbləğlərinin səviyyəsinin mühüm rolunu qeyd edib. AHİK sədrinin müavini Cavanşir Alxasov iş yerlərində layiqli əməyin təmin olunmasının, əmək münasibətlərində bərabər yanaşmaların həyata keçirilməsinin, işçilərin əməyinin ödənilməsində bərabərsizliyin qarşısının alınmasının həmkarlar təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb, bu sahədə görülən işləri diqqətə çatdırıb.

BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisi Lejo Sibbel və Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ötən dövrdə Azərbaycanda milli qanunvericiliyin beynəlxalq əmək normalarına, sosial hüquqlar sisteminə uyğunlaşdırılması, habelə əməkhaqqı siyasətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini qeyd ediblər.

Konfransın gündəliyinə BƏT-in Layiqli əmək üzrə Texniki Dəstək qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin baş mütəxəssisləri Lejo Sibbel və Valentin Mokanu tərəfindən “BƏT-in Beynəlxalq Əmək Standartları barədə qısa məlumat”, “Bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması sahəsində BƏT-in standartları”, “Qadınların məşğulluğunun təşviq edilməsi”, “İş şəraitinin yaxşılaşdırılmasında gender bərabərliyi və ayrı-seçkiliyin qarşısının alınmasının rolu”, “İş yerinin uyğunluğunun təşviqində sosial dialoqun rolu”, Avropa Şurasının nümayəndəsi tərəfindən “Dəyişdirilmiş Avropa Sosial Xartiyası barədə qısa məlumat”, “Dəyişdirilmiş Avropa Sosial Xartiyasında bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması üzrə standartlar” mövzularında təqdimatların edilməsi, qrup işi formatında moderator müzakirələrin aparılması daxildir.

Konfrans iki gün davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi bir daha sübut edir ki, dövlətimiz xaricdə yaşayan vətəndaşlarımıza daim diqqət göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir