Bakıda Beynəlxalq Humanitar Forumun birinci günü çox möhtəşəm olmuşdur
Bakı, 5 oktyabr (AZƏRTAC). Bakı Beynəlxalq Humanitar Forumu olduqca mötəbərdir və maraqlı proqram vəd edir.
Bolqarıstan Rəssamlıq Akademiyasının rektoru Stanislav Kokorev bu sözləri AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Rektor demişdir: “Forumun birinci günü çox möhtəşəm olmuşdur. Forum iştirakçıları üçün mühüm müraciətlər səslənmişdir. İkinci hissə də məzmununa görə geri qalmırdı. Nobel mükafatı laureatlarının müasir dövrün problemlərini təhlil edən çıxışları olmuşdur”.
S.Kokorev Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirərək demişdir: “Əminəm ki, forumun və “dəyirmi masa”ların yekunları təkcə postmodern mədəniyyətinin deyil, həm də beynəlxalq əlaqələrin inkişafına böyük töhfə verəcəkdir”.
S.Kokorev paytaxtımız haqqında təəssüratlarını da bölüşərək vurğulamışdır ki, Bakı çox müasir, gənc və dinamik inkişaf edən şəhərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]
Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]