Bakıda “Biz də varıq!” adlı rəsm sərgisi açılmışdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Bakıda “LN Art” İncəsənət Mərkəzində gənc fəal Lalə Babayevanın təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fərdi layihələri çərçivəsində “Biz də varıq!” adlı rəsm sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində sağlamlığı məhdud olan istedadlı gənc rəssamların əsərləri təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının üzvi Lalə Babayeva çıxış edərək sərginin əhəmiyyətindən söz açmışdır.
Bildirilmişdir ki, sərgidə gənc rəssamların 20-dək rəsm əsəri nümayiş etdirilir.
Sərgi noyabrın 24-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]