Bakıda futtennis üzrə açıq beynəlxalq turnir keçiriləcək
Bakı, 2 mart, AZƏRTAC
Martın 4-də Bakıda futtennis üzrə açıq beynəlxalq turnir (Baku Open 2-nd İnternational Foottennis Tournament) keçiriləcək.
Azərbaycan Futnet Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ardıcıl ikinci ildir təşkil olunan turnirdə 5 ölkədən 8 komanda çıxış edəcək.
Yarışda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Pakistan komandaları mübarizə aparacaqlar.
Ölkəmiz bu turnirdə 4 yerli komanda - futtennis üzrə Azərbaycan Super Liqasının qalibləri “ASTA”, “EGE Hospital”, “Leon” və “Marafon” komandaları ilə təmsil olunacaq.
Turnir hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə keçiriləcək. Qrup mərhələsində I və II yerləri tutmuş komandalar yarımfinalda görüşəcəklər və bu qayda ilə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Futnet Federasiyasının təşkil etdiyi turnirin püşkatma mərasimi martın 3-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]