Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı, 25 aprel, AZƏRTAC
Bakıda sıxlıq olan yollar açıqlanıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir. Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
9. 28 May küçəsi, “Puşkin” küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi, “Puşkin” küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;
12. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
13. Babək prospekti, mərkəz istiqamətində;
14. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.