Bakıda keçiriləcək konfrans yoxsulluğun azaldılması kimi məsələlərin həlli üzrə əməkdaşlığın genişlənməsinə imkan verəcək
Bakı, 16 noyabr, AZƏRTAC
"Gələn həftə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin V Konfransı üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək".
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə keçirilən brifinqdə deyib.
"İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacaq", - deyə nazir müavini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [12:08]
AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb
- 08.05.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 08.05.2026 [11:46]
Bu il 5600 nəfər üçün peşə kursları təşkil edilib
- 08.05.2026 [11:42]
Şəhid ailələri Türkiyənin Çanaqqala və İstanbul şəhərlərini ziyarət ediblər
- 08.05.2026 [11:29]
Ombudsmanın uşaq hüquqlarının müdafiəsindəki rolu tələbələrə təqdim olunub
- 08.05.2026 [10:59]
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Roma Papası XIV Leo Həzrətlərinə
- [12:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
30 ilin dərsi, 30 illik dostluq
- [11:09]