BAKIDA MDB-NİN MÜDAFİƏ TEXNİKİ İDMANTƏŞKİLATLARI İTTİFAQININ MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏK
İyunun 11-də Moskvada Rusiya Ticarət-Sənaye Palatası (TSP) ilə MTİTİ arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Sazişi TSP-nin prezidenti Yevgeni Primakov ilə MTİTİ Mərkəzi Şurasının sədri general-polkovnik Aleksey Anoxin imzalamışlar. Gənclərə hərbi-idman tərbiyəsi aşılanmasının başlıca istiqamətləri üzrə əməkdaşlığın nəzərdə tutulduğu sənəd bədən tərbiyəsi və idmanın inkişafına, idmanın aviasiya, texniki və hərbi-tətbiqi növlərinin inkişafı sahəsində beynəlxalq, dövlət, ictimai və kommersiya proqramlarının gerçəkləşdirilməsinə yardım göstərəcəkdir.
MTİTİ-yə MDB-nin 10 ölkəsi daxildir. Azərbaycan onun fəal üzvlərindəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]