Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Qadın iştirakçılığının təbliği” adlı konfrans keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirdə hökumət və dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyəti üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyümüz uğrunda mübarizədə canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqı tarix boyu müstəqil dövlətə sahib olmağı arzulayıb və bu məqsədə çatmaq üçün daim mübarizə aparıb. Bu yolda müharibələrə, təzyiqlərə və təhdidlərə məruz qalsa da, heç zaman öz arzusundan imtina etməyib və müstəqil dövlət quruculuğunda addım-addım irəliləyib.

O qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu danılmaz bir faktdır. Ölkəmiz qısamüddətli müstəqilliyə malik olmasına baxmayaraq, artıq özünün müstəqil siyasi iradəsi, qətiyyətli mövqeyi və hüquq prinsiplərinə əsaslanan fəaliyyəti ilə seçilir. Azərbaycan həm vətəndaşlarının təhlükəsizliyini və hüquqlarının qorunmasını, həm sosial-iqtisadi inkişafını, həm də region və dünya ölkələri ilə əlaqələrini beynəlxalq standartlara uyğun şəkildə qurub.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan müstəqil dövlət kimi özünəməxsusluğu ilə seçilir və dünya ictimaiyyəti bunu ardıcıl şəkildə qeyd edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan tarix boyu mübarizəsi və fəaliyyətləri ilə müstəqilliyini təsdiqləyib. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olub. Müstəqil İslam ölkəsi kimi Azərbaycan həm milli-mənəvi dəyərlərə, həm də dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf yolunda irəliləyir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan qadınını fərqləndirən amil onun bütövlükdə Şərq və müsəlman dünyasında xüsusi mövqeyə malik olmasıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsi ölkədə konstitusionalizmin ilk addımı kimi qiymətləndirilə bilər. Azərbaycanda dünyəvilik ideyasının əsası hələ XX əsrin əvvəllərində qoyulub və həmin dövrdən etibarən qadınların ictimai-siyasi həyatda iştirakına xüsusi önəm verilib.

Ə.Hüseynli, həmçinin qadın iştirakçılığı baxımından mühüm tarixi hadisələrdən bəhs edib. O vurğulayıb ki, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bu sahədə dönüş nöqtəsi olub. Sonrakı dövrdə bu proses davam edib və bu gün hakimiyyət orqanlarının bütün səviyyələrində qadınların fəal iştirakı təmin edilib.

Sonda o bildirib ki, Azərbaycan xalqını digər müsəlman və türkdilli xalqlardan fərqləndirən cəhətlərdən biri də dünyəvilik prinsiplərinə sadiqliyidir. Bu prinsip Azərbaycan Konstitusiyasının əsasını təşkil edir və ölkəmiz illər ərzində bu dəyərləri qoruyaraq inkişaf yolunu davam etdirib. Ə.Hüseynli gələcəkdə də bu istiqamətdə möhkəm addımlar atılacağına əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Şərq dünyasında qadınlara səsvermə hüququnun ilk dəfə Azərbaycanda verilməsinin qürurverici olduğunu deyib. Qeyd edib ki, ABŞ, İngiltərə və bəzi Avropa ölkələrində bu hüquq Azərbaycandan sonra tanınıb. Hətta özünü demokratik ölkə kimi təqdim edən Fransada qadınlara səsvermə hüququ yalnız 1944-cü ildə verilib.

O diqqətə çatdırıb ki, müasir Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Qadınların hüquqlarının qorunması, onların ictimai və siyasi fəallığının artırılması Ulu Öndərin daim diqqət mərkəzində olub. Xanımlarımız müstəqilliyimizin möhkəmlənməsində, ərazi bütövlüyümüzün qorunmasında, hüquqi və demokratik dövlət quruculuğunda, eləcə də iqtisadi yüksəlişin təmin edilməsində mühüm rol oynayır.

Sahib Məmmədov vurğulayıb ki, müasir Azərbaycanda qadın hərəkatının lideri, Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm fəaliyyət göstərib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xeyriyyəçilik, humanitar və mədəniyyət sahələrində genişmiqyaslı layihələr həyata keçirir. Fondun fəaliyyəti Azərbaycan həqiqətlərinin və mədəniyyətinin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın gördüyü işlər dövlətə və Vətənə nümunəvi xidmətin, insan hüquqlarının müdafiəsinin, gender bərabərliyinin və sağlam ailə münasibətlərinin təşviqinin ən yaxşı nümunəsidir.

Konfrans çərçivəsində keçirilən "Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" panel iclasına Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev moderatorluq edib. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Əməyin ödənilməsində bərabərlik hüququ reallıq və perspektivlər", Milli Məclisin deputatı Mübariz Qurbanlı "Rəhbər və qərarverici mövqelərdə bərabər təmsilçilik", İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini Arzu Tairquliyeva "Dayanıqlı və yüksək iqtisadi artım: rifah və inkişafda bərabər imkanlar" mövzularında məruzələrlə çıxış ediblər.

"Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir" adlı digər panel iclasına isə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı moderatorluq edib. Paneldə Milli Məclisin deputatı Tahir Mirkişilinin "İnsan kapitalının inkişafı məsələləri dövlət və cəmiyyət müstəvisində", Milli Məclisin deputatı Pərvin Kərimzadənin "Vətəndaş həmrəyliyinin gücləndirilməsində ailə institutunun yeri və rolu", Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanovanın “Ailə institutu: cəmiyyət və dövləti birləşdirən harmonik münasibətlər sistemi" adlı məruzələri dinlənilib.

Konfrans müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib