BAKIDA “QUŞ QRİPİ VƏ VƏHŞİ QUŞLARIN AZƏRBAYCANDA ROLU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR
Bakı, 12 fevral (AZƏRTAC). Fevralın 12-də Bakıdakı “Kayser” hotelində “Quş qripi və vəhşi quşların Azərbaycanda rolu” mövzusunda üçgünlük milli seminar işə başlamışdır.
Tədbirdə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), respublikanın bir sıra şəhər və rayonlarının baytarlıq idarələrinin nümayəndələri iştirak edirlər.
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov ölkənin epizootik vəziyyəti ilə bağlı məlumat vermiş, əlaqədar qurumlarla müxtəlif ərazilərdə aparılan monitorinqlərdən söz açmış, təhlükəli xəstəliyə qarşı həyata keçirilən digər mübarizə tədbirlərindən danışmışdır.
FAO-nun ornitoloji məsləhətçisi Sergey Xomenko vaxtilə quş qripinə məruz qalmış ölkələrdəki mövcud vəziyyət, xəstəliyin qarşısının alınmasında beynəlxalq qurumların fəaliyyəti haqqında danışmış, əməkdaşlığın zəruriliyini vurğulamışdır.
Seminarın birinci günü “Yüksək patogenli quş qripi virusunun qarşısının alınması üzrə hazırkı fəaliyyət və Azərbaycanın dövlət baytarlıq xidmətinin laboratoriya vasitələri”, “Azərbaycanda quş qripinin yayılmasında vəhşi quşların rolu”, “Yüksək patogenli quş qripi və FAO-nun vəhşi quşlar üzrə fəaliyyəti”, “Quşların miqrasiyası haqqında nəyi bilməliyik”, “Azərbaycanda suda üzən quşların sayı, mövsümi yerdəyişməsi və paylanması” və s. mövzularda məruzələr dinlənilmişdir.
Müzakirələr olmuş, suallara cavab verilmişdir.
Seminar öz işini fevralın 13-də davam etdirəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]