Bakıda “Silk Road” incəsənət və musiqi festivalı keçiriləcək
Bakı, 24 noyabr, AZƏRTAC
Bakıda dekabrın 5-dən 14-dək “Silk Road” incəsənət və musiqi festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Goethe - Zentrum”un təşkilatçılığı ilə reallaşacaq festivalda konsert, sərgi və seminarlar təşkil olunacaq.
Festivalda tamaşaçıları Azərbaycan, Türkiyə, Almaniya və Qazaxıstandan olan ifaçıların ifasında maraqlı konsert proqramı gözləyir.
Tədbirlər “Kapellhaus”, Şirvanşahlar sarayı, “Rotunda Jazz Club” və “Chamber&Organ music hall”da baş tutacaq.
Festivalın bütün tədbirlərinə giriş pulsuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]