BAKIDA SINAQ RƏQƏMSAL TELEVİZİYA FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, birliyin sədri İlham Əhədov yerüstü rəqəm sal televiziyaya keçidin böyük texniki imkanlarından, təsvir və səs siqnallarının qəbul keyfiyyətinin yüksəlməsinə müsbət təsirindən danışmışdır. O qeyd etmişdir ki, rəqəm sal yayım dünyada üç standartda aparılır. Azərbaycanda isə Avropa ölkələrində sınaqdan çıxmış DVB-T çoxtezlikli OFDM modulyasiyalı standartdan istifadə olunacaqdır.
Jurnalistlərə məlumat verilmişdir ki, oktyabrın əvvəllərindən yeni televiziya qülləsinin 264 metr səviyyəsində mütəxəssislər tərəfindən kompüter proqramı ilə layihələşdirilmiş yeni 4 mərtəbəli anten-fider sistemi quraşdırılmışdır. Hələlik yayım təkcə Bakı şəhəri və Abşeron yarımadası üçün nəzərdə tutulmuşdur. Bir tezlik kanalında 4 TV proqramından istifadə etmək üçün televizorun girişlərinə xüsusi rəqəm-analoq çevirici qurğu qoşulmalıdır. Efir üçün əlavə antenlər tələb olunmur. Mövcud efir qəbulu antenlərdən istifadə edilir.
Layihənin gələcəkdə respublikanın bütün regionlarını əhatə etməsi və analoq yayımının tədricən rəqəmsal yayımla əvəz olunaraq 2015-ci ildə tamamilə dayandırılması planlaşdırılmışdır.