BAKIDA XƏZƏRİN BİOLOJİ EHTİYATLARI ÜZRƏ KOMİSSİYANIN İŞÇİ QRUPLARININ İCLASI KEÇİRİLİR
Beş Xəzəryanı ölkənin ekspertləri Bakıda Xəzərin bioloji ehtiyatları üzrə komissiyanın işçi qruplarının iclasına toplaşmışlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda komissiyaya sədrlik edən Azərbaycan tərəfinin əmrinə əsasən, komissiyanın daimi fəaliyyət göstərən işçi orqanları - katiblik və işçi qrupları yaradılmışdır. İşçi qruplarının iyulun 19-da başa çatacaq iclasında Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və onların idarə edilməsinə dair hazırlanmaqda olan sazişin bəzi müddəaları, brakonyerliklə mübarizə və daxili bazarlarda nərə balıqlarından hazırlanmış məhsulların dövriyyəsinin tənzimlənməsi məsələləri, qiymətli balıqların çoxalmasına böyük ziyan vuran təhlükəli mnemiopsislə mübarizə sahəsində işlərin əlaqələndirilməsi planı müzakirə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]