Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 30 yanvar, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:
1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.