“Baku Creative Center”də “İnversiya” mövzusunda müasir incəsənət sərgisi açılacaqdır
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 22-də “Baku Creative Center”də “İnversiya” mövzusunda müasir incəsənət sərgisi açılacaqdır.
“Baku Creative Center”dən AZƏRTAC-a bildirmişlər ki, bu sərgi adi, artıq qəbul olunmuş mövzu, hadisə, problem, hiss və duyğu, hal və durumlara müxtəlif insanların fərqli reaksiyası və yanaşması baxımından yaranan əsərləri əhatə edəcəkdir.
Müasir incəsənətin diapazonunun geniş olması səbəbindən “İnversiya” sərgisinin iştirakçılarının təqdim etdikləri işlər də mövzu, növ, forma və ifadə vasitələrinin müxtəlifliyi ilə seçiləcəkdir. İnsani hisslər, din, tarix, mifologiya, dövrün problemlərinə toxunan mövzuları əhatə edən sərginin ekspozisiyasında 6 əsər yer alacaqdır.
Burada Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Erkin Ələkbərlinin, İslam Həsənəlizadənin, Təkin Əfəndiyevin, Məmməd Rəşidovun əsərləri nümayiş olunacaqdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Sərgiyə giriş sərbəstdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]