Azərbaycan Dövlət İnformasiya Agentliyi

BALAKƏN ŞƏHƏRİNƏ YENİ SU XƏTTİ ÇƏKİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Balakən rayon mərkəzinə çəkilmiş su xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı su xəttinin açılışını bildirən düyməni basaraq xətti işə saldı.

Tikintisinə 2006-cı ilin mayında başlanmış su xəttinin uzunluğu 13,6 kilometrdir. Siltik çayından 319 millimetrlik polad borularla çəkilən su xəttinin üstündə təmizləyici qurğu, hər birinin tutumu 1000 kubmetr olan 12 su anbarı, tikilmişdir. Dövlət Neft Şirkətinin vəsaiti ilə çəkilmiş su xətti yeni tikilməkdə olan xəstəxana kompleksini, şəhərin yeni yaşayış massivini içməli su ilə təchiz edəcəkdir. Tikintiyə 4 milyon manat vəsait xərclənmişdir.

Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə balakənliləri təbrik etdi.

Rayon ağsaqqalı XƏLİFƏ MİRƏLİYEV dövlətimizin başçısına müraciətlə dedi:

-Hörmətli cənab Prezident,

Balakən rayonunun ağsaqqalları, ziyalıları, camaatı adından Sizə “Xoş gəlmisiniz!” deyirik. Qədəmləriniz mübarək olsun, uğurlu, düşərli olsun. Cənab Prezident, Siz bu gəlişinizlə Balakən camaatına su verdiniz. Su aydınlıq rəmzidir. Yüzlərlə ailə, bütün camaatımız buna sevinir.

Bu, Sizin rayonumuza ikinci gəlişinizdır. Hər gəlişiniz bizim üçün bayram olmuşdur. Birinci gəlişiniz zamanı Balakən rayonunun girişində çox möhtəşəm bir xəstəxananın təməlini qoydunuz və o, tezliklə istifadəyə veriləcəkdir. Camaatımız xəstələrini yüz kilometrlərlə uzaq məsafəyə - Şəkiyə, Bakıya aparmalı olurdu. Gözəl bir diaqnostika mərkəzi - xəstəxana istifadəyə veriləcəkdir. Bu, Sizin təşəbbüsünüzlə olmuşdur, buna görə bütün Balakən camaatı Sizə minnətdardır.

O səfərinizdən az vaxt keçməsinə baxmayaraq, rayonumuz görkəmini dəyişmişdir. Hər yer gül-çiçəyə bürünmüşdür. Kəndlərimiz də dəyişmiş, yenidənqurma işləri görülmüşdür.

Bu gün burada ulu öndərimizin adını daşıyan parkdayıq. Gələcəkdə bura yeni ailə quran gənclərimizin andiçmə yerinə çevriləcəkdir. Bütün bunlara görə Sizə təşəkkür edirik, minnətdarıq. Demək istədiyim başqa sözlər də var.

Əgər tarixə nəzər salsaq, ulu öndərimiz, - Allah onun qəbrini nurla doldursun, - Balakən rayonunu heç vaxt yaddan çıxarmamışdır. Yevlax-Balakən dəmir yolu xəttinin çəkilməsi ulu öndərin Balakən camaatına töhfəsi idi. Yevlax-Balakən şose yolunun çəkilməsi də ulu öndərin böyük diqqətinin nəticəsi idi. Eyni zamanda, Balakən şəhərinin girəcəyindəki böyük konserv zavodunun təməlinin də qoyulması ulu öndərimizin bizə göstərdiyi qayğının nəticəsi idi. Onun siyasətini Siz uğurla davam etdirirsiniz. Siz bu rayonun gözəl bir diyara çevrilməsini istəyirsiniz.

Cənab Prezident, buna görə Sizi alqışlayırıq. Bütün Azərbaycan xalqı kimi, Balakən camaatı da Sizə xanımınızla birlikdə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi pis gözdən, bəd nəzərdən qorusun. Bir arzumuz da var - imkan olarsa, Balakənə tez-tez gəlin, bizim rayonumuz qonaqpərvərdir.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

-Çox sağ olun, təşəkkür edirəm. Əlbəttə, bundan sonra da gələcəyəm. Mən çox şadam ki, Balakən belə qısa müddət ərzində gözəlləşdi, abadlaşdı. Burada çox böyük quruculuq, abadlıq işləri gedir. Siz bunu yaxşı bilirsiniz, siz burada yaşayırsınız.

Siz qeyd etdiyiniz kimi, bütün dövrlərdə Balakənə çox böyük diqqət göstərilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci illərdə böyük işlər görülmüşdür. Dəmir yolu, avtomobil yolu çəkilmişdir. Ondan sonrakı dövrlərdə də işlər görülmüşdür. Məsələn, iki il bundan əvvəl böyük xəstəxananın təməlini bərabər qoyduq. Amma indi mən gələndə gördüm ki, demək olar, hazırdır, tamamlanma işləri aparılır. O, nəinki bu zonada, bütövlükdə Azərbaycanda son illər ərzində tikilən ən böyük xəstəxanalardan biridir. Həm müalicə, həm diaqnostika, həm də müayinədən keçmək üçün bütün lazımi avadanlıq quraşdırılacaqdır. Balakənlilər artıq başqa yerlərə getməyəcəklər, başqa rayonlardan müalicə üçün Balakənə gələcəklər. Bu, insanların sağlamlığı üçündür.

Bura su xətti çəkilibdir. İnsanlar təmiz içməli su ilə təmin olunur. Nə qədər məktəb tikilibdir. 16 məktəb tikilibdir. Gözəl park, kanat yolu tikilib, idman kompleksi tikilir. İndi biz Bakı-Balakən avtomobil yolunu yenidən tikirik. Ən gözəl, müasir standartlara cavab verəcək və gediş-gəliş daha da rahat olacaqdır.

Görülən bütün bu işlərlə bərabər, iqtisadi və sənaye potensialının möhkəmlənməsi, yeni zavodlar, fabriklər, - bu gün mən onların bəzilərinə baş çəkəcəyəm, - həm iş yerləridir, həm də rayonun inkişafına böyük töhfədir. Rayon həm də turizm üçün çox yararlı bölgədir. Siz bunu yaxşı bilirsininz. Çox gözəl təbiəti var. Amma turizm nə vaxt inkişaf edir?! Yeni infrastruktur lazımdır, turist gəlib, necə deyərlər, imkan olmayan yerdə nə edəcəkdir?! Amma indi mehmanxana tikilir, Zaqatala aeroportu bu gün açılacaqdır, avtomobil yolu yeniləşir, abadlıq, gözəllik işləri görülür. Əlbəttə, mən çox istəyirəm ki, Azərbaycanın bütün bölgələri inkişaf etsin və ən müasir səviyyəyə çatsın. O cümlədən, Balakən, xüsusilə paytaxtdan uzaqda yerləşən rayonlar. Demək olar ki, Balakən ən ucqar rayonlardan biridir, sərhəd rayonudur. Ona görə buraya xüsusi diqqət göstərilməlidir. Yəqin ki, siz bu xüsusi diqqəti görürsünüz. Çox qısa bir müddət ərzində bu qədər böyük işlər görülübdür.

Çox sevinirəm və çox şadam ki, mənim tərəfimdən təyin olunmuş icra hakimiyyətinin başçısı da yaxşı işləyir. Onun da böyük əməyi var. Mən Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, öz imkanları hesabına burada işlər görsün. Onlar da çox səmərəli işləyirlər. Balakənin inkişafı üçün, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün və insanların daha da yaxşı yaşaması üçün gələcəkdə başqa planlarımız da var. İnsanların yaxşı yaşaması üçün əsas bir neçə amil olmalıdır - təhlükəsizlik, sabitlik. Bu da bizdə var. Azərbaycan bu bölgədə bir sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Hara baxsaq görərik ki, orada çaxnaşma, münaqişə, gərginlik var, qan tökülür. Amma biz Azərbaycanda çox əmniyyətli şəraitdə yaşayırıq və insanlar bunu görürlər, qiymətləndirirlər. Bu, hər bir ölkənin inkişafı üçün əsasdır.

İkincisi insanların yaşayış səviyyəsi, həyat səviyyəsidir. Bu nədən ibarətdir: səhiyyə sisteminin təkmilləşdirilməsi, müasir xəstəxanaların tikilməsi, insanlar vaxtlı-vaxtında müayinədən keçsinlər, xəstəlik aşkar olunarsa, yerindəcə əməliyyat keçirilsin, yaxud da başqa müalicə aparılsın. Təhsil məsələləri, məktəblər - bu, bizim gələcəyimizdir. Uşaqlarımız gözəl təhsil almalıdırlar. Onlar Azərbaycanı gələcəkdə idarə edəcəklər. Həm şərait yaxşı olmalıdır, həm də təhsilin keyfiyyəti. Yollar olmalıdır, infrastruktur layihələri, yeni müəssisələr, istehsal sahələri. Yəni bütün bunlar hər bir ölkənin inkişafını və insanların daha yaxşı yaşamasını təmin edən əsas amillərdir. Bunların hamısı Balakəndə var.

Mən əminəm ki, növbəti illərdə atılacaq yeni addımlar hesabına daha da böyük işlər görüləcəkdir. Bu gün deyə bilərəm ki, Balakən Azərbaycanın ən inkişaf etmiş rayonlarından biridir. Əminəm ki, siz bu yüksək səviyyəni saxlayacaqsınız. Azərbaycan Respublikasının Prezidenti kimi mən bundan sonra da rayonun inkişafı üçün lazımi tədbirləri görəcəyəm.

Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ikinci hissəsi qəbul olunacaqdır. Proqramda da hər bir rayon, kənd üzrə bütün lazımi tədbirlər nəzərdə tutulur ki, mövcud olan bütün problemlər tezliklə həll olunsun. Balakən və bütün Azərbaycan çiçəklənsin, inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar və biz irəliyə gedək.

Sağ olun, mənim salamlarımı bütün balakənlilərə çatdırın.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur VİDEO

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır VİDEO

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır VİDEO

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır VİDEO

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub VİDEO

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir