BALAKƏNDƏ AQRAR SAHƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, son bir ildə Balakəndə Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi layihəsi üzrə kəndli-fermerlərə və torpaq mülkiyyətçilərinə heyvandarlığın inkişafı üçün 503 min 280 AZN, bitkiçiliyin (qarğıdalı) inkişafı üçün isə 26 min 600 AZN kredit verilmişdir. Maldarlıq üzrə 2, arıçılıq üzrə 2 özəl damazlıq təsərrüfatı, 2 kənddə isə süni mayalama məntəqəsi yaradılmışdır. İstismar-təmir tədbirləri hesabına 1836 kubmetr daş-beton, 275 min kubmetr məcratəmizləmə işləri həyata keçirilmişdir. Mazımçay, Balakənçay, Katexçay çaylarında 4 min 233 metr uzunluğunda daş-beton bəndlərin tikintisi üzrə layihə işləri və tender sənədlərinin hazırlanması başa çatmış, tikinti təşkilatının seçimi üzrə beynəlxalq tender elan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]