Balakəndə karantin rejiminin tələblərini pozan obyekt sahibi 3 min manat məbləğində cərimələnib
Bakı, 11 avqust, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb. Tətbiq olunan qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. O, üç min manat məbləğində cərimələnib.