Balakəndə yanğında ev quşları tələf olub VİDEO
Balakən, 9 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Balakənin Xalatala kəndində yanğın qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalatala kəndində yerləşən evin həyətindəki yardımçı tikilidə baş verən yanğın nəticəsində 35 kvadratmetr sahənin yanar konstruksiyaları yanıb. Nəticədə həmin ərazidə saxlanılan ev quşları tələf olub.
Yanğın Balakən rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb, yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisənin təsərrüfatları araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [16:13]
Naxçıvan Muxtar Respublikasının Baş naziri kollektivə təqdim edilib
- 09.02.2026 [15:23]
Gədəbəydə uşaq və yeniyetmələr arasında şahmat və dama turniri keçirilib
- 09.02.2026 [11:20]
Qəbələdə musiqi bayramı: “Qış nağılı” II Beynəlxalq Festivalı yekunlaşdı
- 09.02.2026 [11:03]
Velosiped qəzası ölümlə nəticələnib
- 08.02.2026 [20:02]