“Banişevski kuboku” uğrunda futbol turnirinə yekun vurulub
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, AFFA-nın və Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) birgə təşkilatçılığı ilə tanınmış futbolçu, “Şöhrət” ordenli Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, turnirdə altı komanda - “Hövsan”, “Ələt”, “Qardaşlar”, “Binə”, “Qobustan”, “Müşfiqabad” kollektivləri mübarizə aparıblar.
Maraqlı və gərgin idman mübarizəsi ilə yadda qalan turnirdə üçüncü yer uğrunda görüşdə “Qobustan” komandası “Qardaşlar” kollektivini 2:0 hesabı ilə məğlub edib. Final görüşündə isə “Binə” komandası 3:2 hesabı ilə “Ələt” üzərində qələbə qazanır turnirin qalibi olub.
Qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib.
Turnirin ən məhsuldar futbolçusu - altı qolla yadda qalan “Ələt”in üzvü Şamxal Məlikov, eləcə də ən intizamlı futbolçu üçün ayrılan mükafatın sahibi “Qobustan”ın məşqçisi Atabəy Əlixanov təşkilatçılar tərəfindən təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]