BANK FİLİALLARININ SAYI ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin ikinci rübündə 142 kredit təşkilatı bank əməliyyatları aparmaq üçün lisenziyaya malik olmuşdur. Onların 96-sı qeyri-bank kredit təşkilatıdır. Bu dövrdə respublikada 46 bank, o cümlədən xarici kapitalın iştirakı ilə 24 bank fəaliyyət göstərmişdir.
Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 530-a çatmışdır.