“BANK RESPUBLİKA” 40 MİNİNCİ PLASTİK KARTININ SAHİBİNİ MÜKAFATLANDIRACAQ
AZƏRTAC xəbər verir ki, “Bank Respublika”nın 40 mininci plastik kartının sahibi bankın Nərimanov filialının müştərisi olmuşdur. Bu münasibətlə ona fəxri şəhadətnamə və hədiyyə təqdim ediləcəkdir.
“Bank Respublika” müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz, illik xidmət haqqı olmadan təklif edir. Qurum kartlar üzrə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 5000 manatadək (dollar, avro) məbləğdə 45 günədək faizsiz kredit xətti almaq imkanı yaradır. Burada, həmçinin kartlar üzrə MobilBank, Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər göstərilir.