Banqladeş Prokurorluğu ölkənin sabiq Baş nazirinə ölüm cəzası tələb edir
Bakı, 16 oktyabr, AZƏRTAC
Banqladeş Prokurorluğu 2024-cü ildə etirazların yatırılmasında oynadıqları rola görə ölkənin sabiq Baş naziri Şeyx Hasinaya və sabiq daxili işlər naziri Əsəduzzaman Xan Kamala ölüm cəzası tələb edib.
AZƏRTAC xəbər verir ki, “bdnews24” portalının yaydığı məlumata görə, Banqladeş Beynəlxalq Cinayət Tribunalının prokuroru Tacul İslam etirazların zorakılıqla yatırılmasının “insanlığa qarşı cinayət” kimi qiymətləndirilməli olduğunu bildirib. O, çıxışında Hasinanı hökumət əleyhinə aksiyaların iştirakçılarına aydın və şüurlu şəkildə divan tutmaqda ittiham edib.
Xatırladaq ki, hazırda Hasina və Kamal Hindistandadırlar.
2024-cü ilin iyulunda Banqladeşdə yüksək işsizlik səviyyəsindən və iqtisadi perspektivlərin olmamasından narazı tələbələrin fəal iştirakı ilə hökumət əleyhinə etirazlar baş qaldırmışdı. Etirazçılarla polis arasında baş verən iğtişaşlar və toqquşmalar təxminən 1400 nəfərin ölümü ilə nəticələnmişdi. Avqustun 5-də Hasina istefa vermis və Hindistana qaçmışdı.
Hazırda ölkəyə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun başçılıq etdiyi müvəqqəti hökumət rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]