Banqladeşdə gözlənilən siklon səbəbindən 2 milyon insanın təxliyəsi başlayıb
Bakı, 19 may, AZƏRTAC
Banqladeşin hakimiyyət orqanları “Amphan” siklonunun yaxınlaşması səbəbindən təxminən 2 milyon insanın təxliyəsinə başlayıb.
AZƏRTAC “City News” nəşrinə istinadla xəbər verir ki, Banqladeşin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin katibi Şah Kamalın sözlərinə görə, ölkənin cənub-qərbindəki sahilyanı rayonlarda yerləşən 19 rayonun administrasiyasına insanların həyatının xilas edilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.
Qurumun məlumatına əsasən, bu məqsədlə həmin rayonlarda yaşayan iki milyona yaxın insan təhlükəsiz ərazilərə çıxarılmalıdır. Onların qəbulu üçün artıq 13 min sığınacaq hazırlanıb.
Qeyd edək ki, mayın 16-da Benqal körfəzində yaranan “Amphan” siklonu hazırda Banqladeşin Payra limanından 725 kilometr cənub-qərbdə yerləşir. Meteoroloqlar siklonda küləyin sürətinin saatda 225 kilometrə çatacağını proqnozlaşdırırlar. “Amphan” Banqladeş sahillərinə çox ehtimal ki, mayın 20-də günorta saatlarında çatacaq. Siklonun quruya çatana qədər zəifləyəcəyi təqdirdə belə, ciddi nəticələrə səbəb olacağı güman edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]