Barak Obama sabiq vitse-prezident Co Baydenin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib
Vaşinqton, 15 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama özünün keçmiş vitse-prezidenti Co Baydeni sosial şəbəkələrdəki akkauntlarında dərc edilən videomüraciətlə dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Obama müraciətində deyib: “Mən Birləşmiş Ştatların prezidenti postuna Co Baydeni dəstəklədiyimə görə fəxr edirəm. Conu öz vitse-prezidentim qismində seçməyim mənim nə vaxtsa qəbul etdiyim ən yaxşı qərarlarımdan biri olub. O mənim yaxın dostuma çevrildi. Hesab edirəm ki, Co prezident vəzifəsi üçün bütün zəruri keyfiyyətlərə sahibdir”. “Twitter”də Obamanın videomüraciəti dərc ediləndən sonra ilk 39 dəqiqə ərzində bir milyondan artıq istifadəçi tərəfindən izlənilib.
Bayden Obamanın müraciətinə reaksiya verərək, öz “Twitter” səhifəsində yazıb ki, o və həyat yoldaşı Cil Bayden sabiq prezidentin dəstəyini yüksək dəyərləndirirlər.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]