Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baronessa Koksdan madam Pekressə qədər – ssenari dəyişməyib

Bakı, 25 yanvar, AZƏRTAC

“Əzizim Ara, bu günlərdə hər birimiz Dağlıq Qarabağda artan terrorizm və soyqırımı təhlükəsinin qarşısını almaq üçün nə mümkündürsə edirik. Oktyabrın 4-də Britaniya hökumətinə göndərdiyim sorğunu bu məktuba əlavə edirəm. Bu gün, etnik təmizləmə siyasətinin göz qabağında olduğu bir vaxtda mən həmişəkindən daha çox əminəm ki, dünya Dağlıq Qarabağın - Artsaxın öz müqəddəratını təyin etmək səylərini dəstəkləməlidir”.

Bu sətirlər 2020-ci ilin oktyabr ayında Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koksun Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana yazdığı məktubdan götürülüb. Necə deyərlər, “saman çöpündən yapışan bir insanın qəlbinin haray səsi” olan bu sətirlər vaxtilə erməni KİV-lərinin çoxu tərəfindən yayılıb.

Siz bir şey anladınızmı? Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks Rusiya vətəndaşı Ara Abramyana Azərbaycan ərazisinin tərkib hissəsi olan Qarabağın taleyi ilə əlaqədar müraciət edir.

Əlbəttə, biz hörmətli xanım Koksun yaşı barədə heç nə yazmayacağıq. Ola bilsin, o unudub ki, SSRİ adlanan dövlət artıq çoxdan keçmişdə qalıb və indi Moskvaya şikayət məktubları yazmaq, necə deyərlər, yaxşı deyil.

Lakin Baronessa Koks özünün növbəti məktubunda - Böyük Britaniya hökumətinə ünvanlanmış müraciətində hərbi əməliyyatların aparılması taktikası üzrə biliklərini nümayiş etdirib. Baronessa yazır: “İndicə Yerevandan, Artsvi Baxçınyandan xəbər almışam. Mən sizi Baxçınyanın çağırışını dinləməyə və öz siyasi nümayəndələriniz və KİV-dəki əlaqələr vasitəsilə bu informasiyanı yaymağa çağırıram. Vəziyyət çox ciddidir. Azərbaycan su anbarlarını, şaxtaları, su elektrik stansiyalarını bombalayır, fəlakət törətməyə çalışır, ona görə ki, bircə metr belə irəliləyə bilmir, onlar ölkəyə və insanlara bacardıqları qədər zərər vurmağa çalışırlar.

Dünya bu terror koalisiyasının (Azərbaycan+Türkiyə+Suriyadan olan muzdlu terrorçular) eskalasiyasını dayandırmalıdır. Onlar bütün beynəlxalq insan hüquqlarını pozurlar. Biz onları dayandırmalıyıq. Rica edirəm, bu informasiyanı paylaşın ki, bütün dünya bunu bilsin... Sabah gec ola bilər...”.

Koks yazır: “Azərbaycan su anbarlarını, şaxtaları, su elektrik stansiyalarını bombalayır, fəlakət törətməyə çalışır, ona görə ki, bircə metr belə irəliləyə bilmir”.

“Su anbarlarını bombalayır” sözləri hərbi dildə bir qədər başqa cür səslənir - Azərbaycan işğalçı qoşunların hərbi infrastrukturunu dağıdır.

“Şaxtaları bombalayır” - Azərbaycan ermənilərin 30 il ərzində qurduqları Ohanyan xəttini dağıdır.

“Su-elektrik stansiyalarını bombalayır” - Azərbaycan erməni ordusunun havadan müdafiə sistemini məhv edir”.

Koksun fikrincə, Azərbaycan ermənilər üçün bütün bu xoşagəlməz əməlləri Türkiyə ilə birləşərək və Suriyadan olan terrorçuları köməyə çağıraraq bircə metr belə irəliləyə bilmir. Müharibənin yekunları hamıya məlumdur - kimin onlarca kilometr irəliləməsi də, kimin yüzlərlə kilometr geriyə qaçması da.

Lakin qeyd edək ki, Baronessa bu məktubunda, necə deyərlər, böyük uzaqgörənlik göstərərək əlavə edib ki, sabah gec ola bilər. Sabah - noyabrın 9-da həqiqətən gec oldu - Ermənistan kapitulyasiya sənədini imzaladı.

Bütün bu hadisələr 2020-ci ilin oktyabr-noyabr aylarında baş verib.

Bəs bir ildən çox vaxt keçəndən sonra biz nə üçün bu mövzuya qayıtmaq və çoxlarının artıq unutduğu 85 yaşlı siyasətçi qadını yada salmaq istəmişik? Ona görə ki, bu dəfə üfüqdə daha bir madam peyda olub.

Hərçənd, bu yeni madam nə qrafinyadır, nə hersoqinya, nə markiz, heç vikontessa da deyil. Bu, Fransa prezidenti vəzifəsinə namizədlərdən biri - Valeri Pekressdir.

Dərhal Fransa prezidentləri - Şarl-Andre-Jozef-Mari de Qoll, Jorj-Jan-Raymon Pompidu, Fransua-Moris-Adrien-Mari Mitteran yada düşür. Fransanın digər prezidentləri sanki diqqətdən kənarda qalır, hərçənd Fransa vətəndaşları başqa cür düşünə bilərlər. Siz bu madam ilə yuxarıda adları çəkilən dövlət xadimləri arasında fərqi hiss etdinizmi?

Sual edilir: Azərbaycan ərazisində Fransanın neçə vətəndaşı yaşayır və madam Pekress bizim ölkəmizdə fransızların hansı səsləri uğrunda mübarizə aparır? Mənim fikrimcə, Azərbaycanda Fransa səfirliyinin əməkdaşlarının və ölkəmizdəki fransız firmalarının işçilərinin sayı 2000 nəfərdən çox olmaz, bəlkə də az olar. Lakin madam Pekress təyyarə ilə Bakıya uçmayıb, qanunsuz olaraq Azərbaycandan Ermənistana yollanıb və öz səfəri barədə bu torpaqların həqiqi sahiblərinə - Azərbaycan hökumətinə və Azərbaycan xalqına məlumat verməyi “unudub”.

Bəzi Fransa KİV-ləri Valeri Pekress ilə müəyyən qüvvələr arasında gizli əlaqələr olmasını vurğulayırlar. Əgər məlum olsa ki, Fransa nümayəndə heyətinin qanunsuz səfərinə sponsorluq edən bədnam Abramyan olub, - bu, bizim üçün sürpriz olmayacaq. Həmin Abramyan Rusiyada qazandığı pullar hesabına əldə edilmiş silahları Vətən müharibəsi dövründə ermənilərə çatdırırdı.

Bu il aprel ayında Fransada prezident seçkiləri keçiriləcək. Həmin seçkilərin nəticələrinə görə Valeri Pekressin neçənci yeri tutacağı ölkəmizin vətəndaşlarını o qədər də maraqlandırmır. Başqa ölkələrdə keçirilən seçkiləri Azərbaycanda o qədər də diqqətlə izləmirlər, çünki ölkəmiz üçün həyati əhəmiyyətli bütün qərarlar Bakıda, ölkənin rəhbərliyi və vətəndaşları tərəfindən qəbul edilir.

Amma Ermənistanın taleyi tarix boyu başqa ölkələrdən və başqa hökmdarlardan asılı olub.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir