Baş nazir Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş əsnasında Azərbaycan-Belarus dövlətlərarası əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektrləri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu vurğulanıb.
Qeyd olunub ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən təcrübə mübadiləsi və kadrların hazırlığı sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələri qurulub.
Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında 2006-cı il tarixli əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]