İDMAN
Basketbolçularımız Türkiyədə növbəti yoxlama oyununda qalib gəliblər
![Basketbolçularımız Türkiyədə növbəti yoxlama oyununda qalib gəliblər](/files/2022/1/1200x630/16496794371599929223_1200x630.jpg)
Bakı, 11 aprel, AZƏRTAC
Ankarada təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət basketbol üzrə əsas milli komandamız növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, millimiz Türkiyənin İkinci liqa təmsilçisi “Ted Ankara kollejiler” basketbolçularına 92:77 hesabı ilə qalib gəlib.
Yığmamızın liderlərindən sayılan Amil Həmzəyev 36 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu seçilib. Komandamızın əsas oyun qurucusu Zaur Paşayev isə bu görüşdə 14 məhsuldar ötürmə ilə yadda qalıb. Endar Poladxanlı 23 xal, Coşqun Əliyev və Əkbər Məmmədov hərəyə 14 xal toplayaraq qələbədə əsas pay sahiblərindən olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [15:13]
Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]
Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]