BASMAN BAZARININ TEXNİKİ XİDMƏTİ QƏNAƏTBƏXŞ OLMAMIŞDIR
Komissiyanın sədri, Moskvanın Şəhərsalma siyasəti, inkişafı və yenidən qurulması departamenti başçısının birinci müavini Aleksandr Kosovan bildirmişdir ki, ilkin məlumata görə, bazarın çökməsinə binanın damında hidroizolyasiyanın pozulması səbəb olmuşdur. Bunun nəticəsində də metal burazlardan biri korroziyaya uğramışdır. Bu, bazarın konstruksiyasını normal vəziyyətdə saxlamaq üçün zəruri işlərin lazımi səviyyədə aparılmadığını güman etməyə əsas verir.
Texniki komissiyanın Basman bazarının çökməsi səbəbləri haqqında son rəyi martın 30-da açıqlanacaqdır.
Moskvanın meri Y.Lujkovun göstərişi ilə yaradılan komissiyanın ilk iclası martın 1-də keçirilmişdir. Onun tərkibində binanın istismarı məsələlərini, layihə müəlliflərinin hesablamalarını, beton nümunələrini və metal konstruksiyaları öyrənən üç işçi qrup yaradılmışdır. Texniki komissiyaya Moskvanın Mərkəzi inzibati dairəsinin prefekti Sergey Baydakov, Moskva Şəhər Ekspertiza İdarəsinin rəisi Anatoli Voronin, Moskva Şəhər Dövlət Arxitektura və Tikintiyə Nəzarət İnspeksiyasının rəisi Anatoli Zuyko, habelə aparıcı layihəçilər və konstruktorlar daxildirlər.