BDU-da 5511 tələbə imtahanda iştirak edib
Bakı, 3 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) payız semestrinin imtahan sessiyası onlayn formatda davam edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fevralın 2-də imtahanlarda ümumilikdə bakalavr pilləsində 224 qrup üzrə 5110 tələbə (235 nəfəri "SABAH" qrupları tələbəsi olmaqla) iştirak edib. Magistratura pilləsində isə 99 ixtisaslaşmada 62 fənn üzrə 401 magistrant imtahan verib. BDU-nun Qazax filialında 11 qrup üzrə 124 nəfər imtahanlarda iştirak edib.
Sessiya müddətində universitet rektorluğu, dekanlar, dekan müavinləri, nəzarətçi müəllimlər və Tələbə Nəzarət Qrupu imtahanlara mütəmadi onlayn nəzarət edir. İmtahanlar “Microsoft Teams” platforması üzərindən təşkil olunur. Tələbələrin imtahanla bağlı şikayətini dinləmək və operativliyi təmin etmək məqsədilə “Qaynar xətt” və Apelyasiya Komissiyası da fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:30]
Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk
- 05.10.2026 [11:14]
Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm
- 05.10.2026 [11:04]
Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]