BDU-da aparılan tədqiqat nəticələrinin istehsalatda tətbiqi üzrə işlər davam edir
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzində növbəti elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda doktorant Orxan Güləhmədov “Triboelektrik nanogeneratorlar vasitəsilə yüksək gərginlik xətlərinin monitorinqinin aparılması” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə triboelektrik nanogeneratorlardan yüksək gərginlikli elektrik xətlərinin monitorinqi zamanı sensor kimi istifadə olunması təklif olunur. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, generatorlarda gümüş nanonaqillərdən elektrod kimi istifadə olunması sensorların həssaslığını kəskin olaraq artırır. Maqnit xassəli nanozərrəciklərin sensorların həssaslığına təsiri istiqamətində tədqiqatlar davam edir.
Seminarda Mərkəzin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]