BDU-nun alimi beynəlxalq şuraya üzv qəbul olunub
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hesablama riyaziyyatı kafedrasının professoru, AMEA-nın müxbir üzvü, Əməkdar müəllim Vaqif İbrahimov “Science Alert” təşkilatının təqdimatına əsasən Asiya Elmi Redaktorlar Şurası üzvlüyünə qəbul olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Science Alert” təşkilatı elmin bütün sahələrində yenilikləri dəstəkləyir və müxtəlif səviyyəli müsabiqələrin keçirilməsinə rəhbərlik edir. Asiya Elmi Redaktorlar Şurası beynəlxalq elmi nəşriyyatların 2000-dən çox əməkdaşını özündə birləşdirir. Yüksək reytinqli beynəlxalq elmi nəşrlərin səviyyəsinə nəzarət edən bu qurum müasir problemlərin həlli üçün təkliflər hazırlayır, elmi müzakirələr təşkil edir. Bununla yanaşı, elmi nəşrlərin standartlarının müasir tələblərə cavab verməsi üçün əməkdaşların aparıcı beynəlxalq təşkilatlarla əlaqəsini təşkil edir, ixtisasartırma proqramları tərtib edir, çap səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]