BDU-nun kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.