BDU-nun tələbələri Milli İncəsənət Muzeyində ekskursiyada olublar
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ekskursiyada Filologiya və Coğrafiya fakültələrinin tələbələri iştirak ediblər. Tələbələr muzeydəki dünya və Azərbaycan incəsənətinə aid eksponatlarla ətraflı tanış olublar. Bununla yanaşı, eksponatlarla bağlı müxtəlif müzakirələr aparılıb.
Ekskursiya iştirakçılarına Azərbaycan Milli İncəsənət Muzeyinin tarixi haqqında məlumat verilib. Bildirilib ki, muzeyin kolleksiyasında 18 minə yaxın eksponat qorunub saxlanılır. Tələbələr Qərbi Avropa, rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəkləri, müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (xalça, tikmə, çini, bədii və qiymətli metal) ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]