BDU-nun tələbələri XX Bakı yapon dili natiqlik müsabiqəsinin qalibi olub
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XX Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edib. Onlayn müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələri yapon dili üzrə bacarıqlarını nümayiş etdiriblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Şərqşünaslıq fakültəsinin tələbələri müsabiqənin qalibi olub.
Müsabiqənin şərtlərinə uyğun olaraq, iştirakçılar sərbəst mövzuda yaponca esse yazıb, həmin esseni şifahi şəkildə səsləndirib və mövzuya aid 2 sualı yaponca cavablandırıb. Münsiflər heyəti Bakı Yapon Cəmiyyətinin və Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələrindən təşkil edilib. Müsabiqədə Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbəsi Nuray Rəsulzadə I yerə, IV kurs tələbələri Fatimə Dadaşova II yerə, Nəzrin Cuvarlinskaya III yerə, II kurs tələbələri Mədinə Novruzova V yerə, Elşad Bayramov isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. IV yerə Azərbaycan Dillər Universitetinin tələbəsi Nərmin Bədirli layiq görülüb.
Müsabiqənin şərtlərinə əsasən I yerin qalibi dekabrın 18-də keçiriləcək XXXIV Moskva Beynəlxalq yapon dili natiqlik müsabiqəsində ölkəmizi təmsil edəcək.
Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]