Bədii gimnastlarımız Polşada 3 medal qazanıblar
Bakı, 3 may, AZƏRTAC
Polşanın paytaxtı Varşavada bədii gimnastika üzrə “İrina Cup” beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi Kamilla Seyidzadə, Alina Məmmədova, Məryəm Əliyeva, Gövhər İbrahimova, Aydan Rəhimova və Şəms Ağahüseynova təmsil ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, təmsilçilərimiz bu yarışdan Vətənə 1 gümüş və 2 bürünc medalla dönüblər.
Gənclər arasında yarışan K.Seyidzadə lentlə final çıxışına görə, gümüş medala layiq görülüb. 2009-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən G.İbrahimova çoxnövçülükdə bürünc medal qazanıb. Ş.Ağahüseynova isə 2010-cu il təvəllüdlülər arasında çoxnövçülük yarışlarında üçüncü olub.
2009-cu il təvəllüdlü idmançılar arasında yarışan M.Əliyeva medalın bir addımlığında dayanaraq, çoxnövçülükdə dördüncü olub. Onunla eyni yaş qrupunda mübarizə aparan A.Rəhimova isə həmin proqram üzrə 7-ci olub.
Gənclər arasında iştirak etmiş daha bir gimnastımız A.Məmmədova isə ən yaxşı nəticəni top və gürzlərlə göstərərək, hər iki çıxış proqramı üzrə finalda 6-cı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]