DÜNYA
BƏƏ növbəti süni peykini uğurla orbitə buraxıb
Qahirə, 4 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Space42” şirkəti “Sürəyya 4” süni peykinin uğurla orbitə buraxıldığını bildirib. Bu, şirkətin orbitə buraxılan sayca 6-cı peykidir.
AZƏRTAC “əl-Xəlic” qəzetinə istinadla xəbər verir ki, telekommunikasiya peyki “SpaceX” şirkətinin “Falcon 9” raket daşıyıcısı vasitəsilə ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan orbitə göndərilib. Peykin bir neçə aydan sonra Yerdən 36 min kilometr hündürlükdə sabit orbitinə çatacağı gözlənilir. Peyk Airbus “Beluga” təyyarəsi ilə Fransadan Floridadakı kosmodroma çatdırılıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə