Bəhreynin “Alkoun-Universe” jurnalında “Azərbaycan” adlı məqalə dərc edilib
İstanbul, 30 dekabr, AZƏRTAC
Bəhreyn Krallığında nəşr olunan, Ərəbistan yarımadasının aparıcı mətbu orqanlarından sayılan “Alkoun-Universe” jurnalının 11-ci nömrəsində “Azərbaycan” adlı məqalə dərc edilib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin jurnalın redaksiyasına ünvanladığı materiallar və fotolar əsasında hazırlanmış məqalədə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, həyata keçirilən sosial-iqtisadi layihələrin əhəmiyyətindən, o cümlədən ölkəmizin geniş turizm imkanlarından bəhs olunur.
Milli mədəniyyət nümunələrimiz, maddi və qeyri-maddi irsimiz barədə zəngin məlumatların yer aldığı məqalədə diqqətə çatdırılır ki, Azərbaycan bölgədə ən qədim tarixi-memarlıq abidələrinə sahib olmaqla bərabər ictimai-siyasi sabitliyi ilə seçilən ölkədir. Yazıda qonaqpərvərliyi və humanistliyi ilə şöhrətlənən xalqımızın özünəməxsus xüsusiyyətlərindən söz açılır.
Ölkəmizdəki müasir tikililəri, o cümlədən tarixi abidələri və təbiət mənzərələrini əks etdirən fotolar oxucularda Azərbaycan haqqında daha aydın təsəvvür yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]