Belarus icmasının sədri: Azərbaycanlıların soyqırımı bəşər tarixində qara ləkədir
Tbilisi, 31 mart, AZƏRTAC
Azərbaycanlıların soyqırımı bəşər tarixində qara ləkədir. Dünya ictimaiyyəti gec də olsa, bu faciəyə münasibət bildirməlidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstandakı Belarus icmasının sədri Aleksey Baxoldin söyləyib.
İcma sədri deyib ki, bu gün bəşər tarixində insanlığa sığmayan bir neçə soyqırımı barədə məlumatlar var. Amma nədənsə dünya ictimaiyyəti hələ də nə Xocalı faciəsi, nə də 31 mart azərbaycanlıların soyqırımına ədalətli qiymət verməyib. Bu, çox kədərlidir və təəssüf doğurur.
“Düşünürəm ki, kimliyindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün sülhsevər insanlar vahid sülh ideyası ətrafında birləşib bu faciələri pisləməli, beynəlxalq təşkilatlar, nəhayət bu hadisələrə hüquqi və siyasi qiymət verməlidirlər”, - deyə Aleksey Baxoldin vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]