BƏRDƏDƏ 20 YANVAR FACİƏSİ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Bərdə, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bərdə rayonunda da müxtəlif tədbirlər keçirilmişdir.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarlarını ziyarət etmişlər. Bərdə şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev Azərbaycan xalqının azadlıq mübarizəsindən, Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışmışdır.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]