Bərdədə gənc könüllülər baramaçılıq təsərrüfatı ilə tanış olublar
Bərdə, 9 iyun, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin əməkdaşları və gənc könüllüləri rayonda baramaçılıq təsərrüfatı ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənc könüllülər Qaradəmirçi kəndində kümçü Mahir Qocayevə baramanın yığılmasında və təmizlənməsində yaxından köməklik göstəriblər.